Modern.az

Aprel qələbəsinə dair onlayn konfrans keçirildi

Aprel qələbəsinə dair onlayn konfrans keçirildi

4 Aprel 2020, 15:59

2020-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Könüllülər İli elan olunub. Bu çərçivədə, eyni zamanda gənclərimizin evdə qalmasını təşviq etmək məqsədi ilə Xarici İşlər Nazirliyi, Diplomatiya Könüllüləri üçün onlayn mühazirə və görüşlərin təşkilinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu layihə çərçivəsində aprelin  4-də Azərbaycan tarixinin şanlı səhifəsi olan 2016-cı il Aprel qələbəsinə həsr olunmuş video-konfrans təşkil edilib.

 

Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov və 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeninə layiq görülən mayor Mirdamət Bağıyev gənclərə 2016-cı ilin aprel döyüşlərindən, şəxsən iştirakçısı olduqları bu döyüşlərdə Azərbaycan əsgərlərinin şücaətindən, Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə Azərbaycan Ordusunun daima hazırlığından bəhs ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uzaqgörən və müdrik siyasəti vurğulanaraq, bu gün bütün platformalarda işğalçı Ermənistanın təcavüzkar siyasətinin ifşa edildiyi qeyd olundu. Ali Baş Komandanın əmri ilə Azərbaycan hərbçilərinin işğal olunmuş ərazilərimizi azad etməyə hazır olduğu vurğulandı. 

 

Görüşün sonunda Müdafiə Nazirliyinin nümayəndələri könüllü gənclərin suallarını cavablandırdılar.

 

Diplomatiya Könüllüləri görüşün təşkilində onlara dəstək olan Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə təşəkkür bildirdilər.

 

Diplomatiya könüllüləri, Könüllülük hərəkatının təşviqinə və eyni zamanda gənclərimiz üçün maarifləndirici layihələrdə iştirak imkanını yaratdığı üçün Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə etdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?