Arxiv
6 Aprel 2020, 13:40 | PARLAMENT
Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq

Ötən günlərdə TƏBİB Azərbaycanda COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edib.

 

Maraqlıdır, bu çağırışa Milli Məclisin Səhiyyə komitəsinin üzvləri də qoşula bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Məlahət İbrahimqızı Səhiyyə komitəsinin həkim üzvlərinin böyük məmnuniyyətlə TƏBİB-in çağırışına hazır olduğunu bildirib:

 

 

 

“Bu gün bütün dünya, eləcə də Azəbaycan müharibə vəziyyətindədir. Çünki gözlə görünməyən düşmən heç bir müharibə qaydalarına əməl etmir. Təbii ki, müharibə təkcə silahla aparılmır. Bugünkü müharibə daha təhlükəlidir. Bu mənada Allah lazım etməsin, əgər ehtiyac yaranarsa, hətta elə bu gün də zəruridirsə, sizin vasitənizlə indidən bildirirəm ki, məmnuniyyətlə mən TƏBİB-in çağırışına qoşulmağa hazıram. Əlbəttə biz həm Partiyamızın sədrinin, həm seçicilərimizin 7/24 əsgəriyik. Onların da hər an əmrlərinə hazırıq.

Bir daha qeyd edirəm, müharibə təkcə silahla olmur. İndi biz bu müharibənin arxa cəbhəsindəyik. Hər bir Azırbaycan vətəndaşı da bugün öz imkanı, vəzifəsi çərçivəsində dövlətimizin mükəmməl səviyyədə koronavirusa qarşı apardığı mübarizəsinə  kömək  edir və bunu etməyə borcludur. Çünki bu müharibə  ümumxalq sağlığına qarşıdır. Bu mənada ön cəbhədə koronavirusla savaşan fədakar həkimlərimizin  yanında olmağa, onlarla birgə mübarizə aparmağa, bu virusdan yoluxmuş bacı və qardaşlarımıza bir tibb işçisi kimi kömək etməyə hər an hazıram və bunu özümün müqəddəs borcu hesab edirəm. Hesab edirəm ki, bu çağırışa mənim parlamentdə həkim həmkarlarımın hər biri məmnuniyyətlə qoşular”.

 

 

Deputat Kamilə Əliyeva TƏBİB-in çağırışına müsbət yanaşdığını deyərək, insanları birliyə çağırıb:

 

“Hazırda çağırılmamış qonaq koronavirus bütün dünya kimi Azərbaycanın da qapısını döyüb. Son məlumatlara əsasən çox təəssüf olsun ki, 600-ə yaxın vətəndaşımızda virus aşkarlanıb, 7 nəfər dünyasını dəyişib. Dövlətlə bərabər hər bir vətəndaşımız bu günlərdə həssas olub, karantin rejiminə əməl etməlidir. Koronavirusla mübarizədə tək həkimlər yox, Tibb Universitetinin tələbələri də aktiv iştirak edirlər. Mən bu təşəbbüsü də çox yüksək qiymətləndirirəm. Səhiyyə Komitəsinin üzvü kimi bütün tibb işçilərinə öz minnətdarlığımı bildirirəm. Mən ixtisasca bioloqam tibb üzrə təhsil almamışam. Amma ehtiyac olacağı təqdirdə mənə uyğun olan işi görəcəm. Səhiyyə komitəsinin üzvü kimi əgər mənə ehtiyac varsa, çağırışa qoşulmağa hazıram. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş bu məqamda bir olmalı, ayağa qalxmalıdır. Necə ki, Qarabağ uğrunda döyüş olarsa, hər kəs silahlanar eləcə də, bu mübarizədə hər bir vətəndaşımız birlik göstərməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47