Arxiv
6 Aprel 2020, 18:38 | AKTUAL
“Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili

“Bu gün cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Belə bir məqamda tibbi maska istehsal edəcək müsəssisənin açılması təqdirəlayiq haldır. Hesab edirəm ki, ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

Deputat koronavirus pandemiyasının ölkəmizdə yayılmasından danışarkən bəzi çətinliklərin yarandığını da qeyd edib:

 

“Bu çətinlik əsasən tibbi maskalarla bağlıdır. Bəzi apteklərdə tibbi maska olmadığından vətəndaşlarımız müəyyən çətinliklə üzləşirdilər. Ümumiyyətlə, ölkə başçımızın dediyi kimi, koronavirus pandemiyası iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərməkdədir. Dövlət başçısı açılışda bir çox vacib məqamlara toxunub. Həm fərdi sahibkarlara dəyən ziyan, həm də tələbələrin problemləri, işsizlərə verilən müavinətlərin həcmi barədə ətraflı çıxış edib. Hesab edirəm ki, belə bir məqamda dövlət başçısının xalqa görülən işlər barədə məlumat verməsi müsbət haldır. Digər vacib məsələ belə bir vaxtda bəzi işbazların sui-istifadə hallarına yol verməsi ilə bağlıdır. Cənab prezident bu məsələdə xəbərdarlıq edərək süni qiymət artımına yol verənlərin ciddi cəzalandırılmasını söyləyib. Hesab edirəm ki, koronavirus pandemiyası dövründə hər birimiz dövlət başçımızın yanında olmalı, ona dəstək nümayiş etdirməliyik”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv olanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Azərbaycanda yeni QADAĞALAR 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Fəvvarələr meydanındakı görüntülər bizdə təəssüf doğurur - Ramin Bayramlı 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına irad BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26 Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ 3 İyun 2020, 17:20