Arxiv
7 Aprel 2020, 15:20 | AKTUAL
“Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov

“Koronavirusla bağlı məlumatların yayılması, həqiqəti əks etdirən və ya etdirməyən informasiyaların internetdə vüsət alması, panika məqsədli iddialar və s. insanların psixologiyasına ciddi təsir göstərir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında deputat, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib. O qeyd edib ki, hazırkı karantin rejimi adi vəziyyət deyil və insanların psixologiyasına təsirsiz ötüşməyəcək:

 

“İndi insanlara ciddi psixoloji təsir var. Biz karantin rejiminin, koronavirusun yayılmasının müsbət və mənfi təsirlərini təhlil etməliyik. Hər kəs özü və ətrafındakı insanların taleyi haqqında o zaman əhəmiyyətli addımlar atır ki, yayılan informasiyaları düzgün qavrayır. Bu fövqəladə vəziyyətdə hər birimiz öz daxili, psixoloji resurslarımızı mobilizə etməliyik. Biz başa düşməliyik ki, qapalı vəziyyətdə mütləq qalmalıyıq, #evdeqal məsləhətinə əməl etməliyik. Mövcud real təhlükə var. Biz başa düşməliyik ki, davranışlarımız, hərəkətlərimiz, bu duruma münasibətimiz tək özümüzə deyil, yaxınlarımıza da təsir göstərə bilər. Bununla da yekunlaşmayaraq, bütün ətrafdakı insanlara, nəhayət bütün ölkəyə təsir edə bilər. Tövsiyə olunmuş məqamlara nə qədər yaxşı riayət edəriksə, bu bəladan o qədər tez azad olarıq”.

 

S.Seyidovun fikrincə, mövcud durum barəsində həyəcan keçirməyimiz bir yandan özünü və yaxınlarını qorumaq istəyini də gücləndirir:

 

“İnsan şüurla dərk etməlidir ki, belə bir təhlükə mövcuddur, ona qarşı mübarizə aparmaq lazımdır. Bunun üçünsə, epidemiya haqqında məlumatları düzgün, zamanında əldə etmək vacibdir. Sevindirici haldır ki, koronavirusla bağlı Nazirlər Kabineti yanında operativ qərargah vaxtlı-vaxtında insanlara məlumat çatdırır. Buna baxmayaraq, təəssüf ki, sosial şəbəkələrdə, internetdə həqiqəti əks etdirməyən məlumatlar da yayılır. Bu məlumatlar qorxu, panika yaratmaq məqsədi daşıyır. Ona görə, mütləq düzgün məlumatları seçməyi bacarmalıdır. İnsanın belə fövqəladə vəziyyətdə psixologiyasını möhkəm saxlaması müqavimət sistemini möhkəm saxlamağa da kömək edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36