Arxiv
7 Aprel 2020, 18:55 |
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Əsrlərdir bir çox qanlı müharibələrin, milyonlarla insanın ölümüə səbəb olan xəstəliklərin yaşandığı dünyamız çox ciddi imtahan qarşısındadır - insanlıq tarixinin ən dəhşətli viruslarından biri olan koronavirus (COVİD-19) pandemiyası bütün bəşəriyyəti cənginə alıb.

 

Olduqca sürətlə yayılan, minlərlə insanı öldürən və öldürməkdə davam edən bu virus sərhəd tanımır. İlk dəfə Çində aşkarlanan bu virus oradan bütün dünya üzərinə sanki güclü silahlanmış ordu kimi hərəkət edir. Qarşısıalınmaz orduya qarşı ölkələr ehtiyat tədbirləri görsələr də, üstünlük hələ ki, ölümcül virusun tərəfindədir.

 

Hər gün aldığımız bədmin xəbərlər əhvalımızı nə qədər korlasa da, ümidimizi itirmir, bəşəriyyətin bu bəladan qurtaracağı anı gözləyirik. Bu elə bir bəladır ki, böyüyə-kiçiyə, gözələ-çirkinə, varlıya-kasıba baxmaz. Televiziya, eləcə də internet resursları vasitəsi ilə yayımlanan kadrlarda kütləvi şəkildə insanların ölməsini, boş küçələri, meydanları və parkları görmək həqiqətən ürəkağrıdıcı mənzərədir.

 

Bu bəladan qorunmaq üçün müxtəlif tədbirlər görülür. Dövlətlər sərhədlərini bağlayır, insanlar gündəlik ünsiyyətindən tədric olunur, əlaqələr demək olar ki, sıfır həddinə yenib. “Evdə otur, sağlam qal” deməklə həycan təbili çalınır sanki. Bu da əbəs deyil. İndi əsil birlik, həmrəylik göstərmək zamanıdır. Evdə qalaraq gecəsini gündüzünə qatan, başqa insanların həyatını xilas etmək üçün öz həyatlarını təhlükəyə atan həkimlərimizə kömək etmiş, onların yükünü azaltmış olarıq. Bunun üçün vətəndaş həmrəyliyi vacib şərtdir.

 

Tarixə nəzər salsaq görərik ki, bu, bəşəriyyətin üzləşdiyi ilk hal deyil, dünya tarixində dəfələrlə bu cür pandemiyalar olub, milyonlarla insan onların qurbanına çevrilib. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan QİÇS, ebola, donuz qripi,  sars, mers, zika kimi təhlükəli virusları misal göstərmək olar.

 

Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadim Mark Tven deyirdi: “Dünyanın sizə sanki borcu var kimi fikirləşməyin, o sizdən əvvəl movcüd olub və sizə heç nə verə bilməz”. Yəni, özünüz özünüzü qoruyun. Bu dünyada sizi xilas edəcək tək adam elə siz özünüzsünüz.

 

İnsan oğlu gərək hər bir halı ilə ehtiyatlı ola. Sosial çağırışlarda deyildiyi kimi, qapıları bağla! özünü xilas et! ailəni xilas et! Sonra peşiman olma! Hazırkı duruma  laqeyd yanaşmaq olmaz!

 

Fransız yazıçısı və filosof Albert Kamyunun “Taun” əsərində dediyi kimi, “Dünya boş bir məkandır, onu maraqlı edən isə insanlardır, buna görə də insanları qorumaq lazmdır!”

 

Bunu anlayıram, o birisini qəbul etmirəm kimi bir şey yoxdur. Laqeydliklər yaşıllıqları boza, çiçəkləri külə çevirə bilər..!

 

Özümüz, yaxınlarımız, əzizlərimiz, körpələrimiz naminə bütün qaydalara vaxtında  əməl etməliyik ki, həmin itirdiyimiz zaman onları bizdən ayırmasın.

 

Görkəmli şair və filosof Nizami Gəncəvi demiş “Bəşəriyyətin ən gözəl əşrəfi elə biz insanlarıq”.

 

İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərmizdən muğayat olaq, sağlam qalaq!

 

İnanıram ki, həmin gün uzaqda deyil! Bəşəriyyət bu bəladan qurtaran  kimi Azərbaycan Respublikasının vətandaşı olaraq  “Dünya Beynəlxalq Həmrəylik Günü”nün təsis edilməsinin təşəbbüskarı olacam! Çünki koronavirus təhlükəsi bir daha göstərdi ki, müxtəlif ərazilərdə yaşamağımıza, sərhədlərlə bir-birimizdən ayrılmağımıza, başqa-başqa dillərdə danışmağımıza, ayrı-ayrı millətlərə mənsub olmağımıza baxmayaraq bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq bir, həmrəy olaraq qalib gələ bilərik.

 

Biz Birlikdə Güclüyük!
Evdə Qal Azərbaycan!

Aydın Tağıyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12 Uels - İsveçrə matçı heç-heçə başa çatdı 12 İyun 2021, 19:02
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?