Modern.az

Postkoronavirus dövrünün REALLIĞI: Robotlaşma sürətlənəcək, milyonlarla insan işsiz qalacaq

Postkoronavirus dövrünün REALLIĞI: Robotlaşma sürətlənəcək, milyonlarla insan işsiz qalacaq

8 Aprel 2020, 16:56

Koronanvirus fonunda dünyanın fərqli ölkələrində biznes canlı əmək qüvvəsindən çox istehsalatda robotlaşma və avtomatlaşdırmaya üstünlük verir.

 

Modern.az Qərb mediasına istinadla xəbər verir ki, pandemiya səbəbilə robotlaşmanın daha sürətlə vüəst alması gözlənilir.

 

 

Bundan əvvəl, Beynəlxalq Əmək Təşkilatı 25 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırmışdı. Təşkilat 2008-2009-cu il dünya iqtisadi böhranı zamanı işini yalnız 22 milyon insanın itirdiyini də xatırladır.

 

“Koronavirus artıq yalnız səhiyyə sektoru üçün deyil, bütöpvlükdə iqtisadiyuyat və əmək bazarına təsir göstərir. Dünyada müxtəlif xidmət və istehsalat sahələrində çalışan insanların karantin tədbirlərinə görə 3,4 trilyon dollara qədər vəsait itirəcəyi gözlənilir”- deyə Beynəlxalq Əmək Təşkilatının sədri Qay Rayder açıqlama vermişdi.

 

 

O, dünyanın 45 ölkəsində iş prosesinin sürətlə avtomatlaşmasına başlanıldığını və bunun işçilərin evdə qalması səbəbindən atıldığını xatırladıb.

 

Postkoronavirus dövründə biznesin insan əməyi tələb etməyən istehsala üstünlük verməsi gözlənilir. Belə ki, artıq ABŞ və Böyük Britaniyada kassir yaxud satıcı tələb etməyən ticarət köşkləri, supermarketlər yaradılır. Amazon şirkəti Sietl şəhərində kassir olmayan ərzaq marketi açıb. Alıcı piştaxtadan istədiyi məhsulu götürür və yalnız marektin çıxışında xüsusi ödəmə məntəqəsində hesabı ödəyir. “Ödə və çıx” adını almış bu sistem marketlərdə növbə problemini də həll etməyə imkan verir. McDonalds şəbəkəsi isə özünəxidmət metodunu seçərək müştərinin satıcı ilə ünsiyyətdə olmamasına çalışır.

 

Avtomatlaşdırmanın yer aldığı bəzi sahələrdə insan əməyindən istifadə 15%-ə qədər azalıb. Xüsusən, paltaryuma mərkəzləri, kənd təsərrüfatı işçiləri və avtomobil təmiri ilə məşğul olan yerlərdə işçi sayı azalıb.

Postkoronavirus dövründə qadınların robotlaşmadan xüsusən əziyyət çəkməsi gözlənilir. Belə ki, onların yer aldığı sahələrin əksəriyyətində avtomatlaşma riskinə daxildir. 2018-ci ildə robotun insanı əvəz etdiyi sahələrdə işçilərin 70%-i qadın olub.

 

ABŞ-da 41% biznes sahibi istehsalı tam yaxud qismən avtomatlaşdırmağa hazırdır. Lakin bu zaman işini itirəcək yüzminlərlə insanın taleyi sosial məsuliyyət barədə suallar doğurur.

 

Böyük Britaniya hökumətinin hesabatında avtomatlaşdırmaya görə 1,5 milyon sakinin işsiz qalacağını proqnozlaşdırır. Bu rəqəmin ABŞ-da 10 milyon üzərində olması gözlənilir. Artıq indidən ölkədə işsizlik problemi hiss olunur.

 

Pandemiyaya görə ABŞ-da hazırda 3,3 milyon insan işsiz olduğunu açıqlayıb. Virusun yaya qədər davam etməsi halında rəqəmlərin daha çox artması gözlənilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir