Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Modern.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.
Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb.
Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.