Modern.az

Deputatlar həkimləri ayaq üstə alqışladılar

Deputatlar həkimləri ayaq üstə alqışladılar

9 Aprel 2020, 11:14

“Bilirsiniz ki, cənab Prezident yeni bir humanist addım atdı, 65 yaşdan yoxarı 176 məhkum əfv olundu”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

 

Spiker qeyd edib ki, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir.

 

S.Qafarova bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir.

 

İclasda həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər insanlar deputatlar tərəfindən ayaq üstə alqışlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü