Modern.az

Vüqar Səfərlinin fəaliyyəti araşdırılır: yeni sədr qüsurlar aşkarladı

Vüqar Səfərlinin fəaliyyəti araşdırılır: yeni sədr qüsurlar aşkarladı

Media

13 Aprel 2020, 22:23

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur.

 

Modern.az  xəbər verir ki, "BakuPost" yeni icraçı direktor Əhməd İsmayılovun təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığını və bundan sonra araşdırmalara başlanıldığını yazıb.

Buna görə Fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.

İlkin nəticələrə görə, V.Səfərli Fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının qeyri-hökumət təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb.

Onu da qeyd edək ki, artıq yeni sədr Fondda kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə xitam verilib.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.

Əhməd İsmayılov Prezidentin sərəncamı ilə 4 apreldə quruma icraçı direktor təyin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir