Modern.az

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI - DOSYE

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI - DOSYE

16 Aprel 2020, 16:10

Prezident İlham Əliyev Elman Rüstəmovla bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

E.Rüstəmov 1952-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.  

1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olub. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyub. 1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud İstehsalat Birliyində İqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyib. 1980-cı ildən 1990-cı ilədək Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb.  

1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb.  

1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2005-ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2010-cu ilin aprelində növbəti 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.

2015-ci ilin aprelinda daha 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.

2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Dünya iqtisadiyyatı" ixtisası üzrə iqtisadiyyat elmləri doktoru dərəcəsini alıb.

2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.  

Ailəlidir. 3 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər