Modern.az

Azərbaycan milli komandasının sabiq baş məşqçisi koronavirusdan öldü

Azərbaycan milli komandasının sabiq baş məşqçisi koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

13 May 2020, 10:53

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

 

"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi".

 

Qeyd edək ki, 68 yaşlı Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmamıza rəhbərlik edib.

 

Maqomed Əliömərov 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır