Modern.az

Elman Rüstəmov manatdan DANIŞDI: “Panika aradan qalxıb”

Elman Rüstəmov manatdan DANIŞDI: “Panika aradan qalxıb”

İqtisadiyyat

13 May 2020, 11:10

Ölkəmizdə makroiqtisadi sabitlik qorunmaqdadır. Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, inflyasiya 103 faiz civarındadır:

 

"Valyuta bazarında vəziyyət stabilləşib. Dollar satışı 56 milyon olub. Manatın məzənnəsi sabitdir. Manatın məzənnəsilə bağlı ajiotaj dövründə meydana çıxan panika aradan qalxıb".

 

E.Rüstəmovun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib.

 

“Bu isə bizim müəyyən etdiyimiz hədəfdən aşağıdır və ilin sonuna qədər də bu cür qalacağını gözləyirik”.

 

O deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatın müxtəlif sahələrinə dəstək istiqamətində balanslı mövqe tutmağa çalışır: "Son 1 ildə Azərbaycanda kredit portfeli 1,9% artıb. Biznes kreditləri üzrə 4,1% artım, istehlak kreditləri üzrə bu qədər azalma, o cümlədən ipoteka kreditləri isə 5,2% artım müşahidə edilib”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır