Arxiv
14 May 2020, 19:56 | MEDİA
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi

"Real TV"nin peyk yayımı lisenziyasına xitam verilib.

Modern.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılıb.

 

Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.

İclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

 

7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

 

9 may 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yüksəliş” Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinar təşkil edib 29 May 2020, 15:22 Bolqarıstan turistləri COVİD-19 arayışı və karantinsiz qəbul edəcək 29 May 2020, 15:15 Yaponiya turistlərə pul ödəyəcək 29 May 2020, 15:10 ABŞ-da iğtişaşlar davam edir: Tramp onları HƏDƏLƏDİ - FOTOLAR 29 May 2020, 15:07 Yaponiyada 5.2 bal gücündə zəlzələ olub 29 May 2020, 15:03 Afrika ABŞ-dan irqi ayrıseçkiliyin ləğv edilməsini tələb etdi 29 May 2020, 14:57 Mənzil verilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı  29 May 2020, 14:50 Bakıda it döyüşdürənlər həbs olundu 29 May 2020, 14:43 XI sinif buraxılış imtahanlarında tapşırıqların strukturu sadələşdirilir 29 May 2020, 14:38 Buraxılış imtahanlarında ballar belə HESABLANACAQ 29 May 2020, 14:33 Ramil Səfərova çamur atanlara mükəmməl cavab -VİDEO 29 May 2020, 14:24 Hərbi qüdrətimiz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq - Deputat 29 May 2020, 14:19 İranda daha 50 nәfәr koronavirusdan öldü 29 May 2020, 14:12 Deputat seçicilərlə görüşdü - FOTO 29 May 2020, 14:04 BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda    29 May 2020, 13:57 Bakıda dönər evinin sahibi 2 min manat cərimələndi 29 May 2020, 13:50 Bakıda dəhşətli qətl - Ər arvadını gözəllik salonunda öldürdü 29 May 2020, 13:37 Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 29 May 2020, 13:30 Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlandı 29 May 2020, 13:23 DİM TOEFL imtahanı keçirəcək 29 May 2020, 13:15  Güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI 29 May 2020, 13:08 Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 İş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbulu başlayır 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15