Modern.az

Tural Gəncəliyev Qarabağ ermənilərini hərəkətə keçməyə SƏSLƏDİ

Tural Gəncəliyev Qarabağ ermənilərini hərəkətə keçməyə SƏSLƏDİ

Qarabağ

19 May 2020, 11:55

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də vardır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, bəzi erməni sakinləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bizimlə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə biryerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər:

 

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə tezliklə Azərbaycan Respublikasının və Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrini, işğalçı rejimin ordakı mövcudluğuna son qoymalıdırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istıərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir