Arxiv
21 May 2020, 13:50 | QARABAĞ
Şuşadakı “andiçmə”nin qarşısını necə alaq? - Milli Qəhrəmanlar: “Ermənistan açıq-aşkar bizə meydan oxuyur”

İşğalçı Ermənistan bu gün Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarına növbəti təxribat şousu keçirməyi planlaşdırıb. Saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana“andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi  gözlənilir.

Ermənistanın işğal altındakı torpaqlarımızda növbəti təxribat etməyə hazırlaşması Azərbaycanda hiddət doğurub. Buna qarşı müxtəlif çağırışlar səsləndirilməkdədir.

Düşmənin növbəti təxribatının qarşısını almaq olarmı?


Modern.az
-ın əməkdaşı bu sualla Milli Qəhrəmanlara müraciət edib.


Maşallah Abdullayev
həm maddi, həm də fiziki baxımdan Ermənistanı məğlub edə biləcək gücdə olduğumuzu deyib:


“Bugünkü Ordu 90-cı illərdə olan Ordu deyil. Hazırda Azərbaycan Ordusu o illərdəki Ordudan 10 dəfə güclüdür. Biz nəinki Şuşanı, bütün Ermənistandakı torpaqlarımızı geri ala biləcək gücdəyik. Bu dəqiqə mənim yaşım keçsə də,  sağlığım yaxşıdır. Əgər indi desələr ki, müharibədir, onda döyüşməyə ilk mən gedərəm. Tək mən yox, bütün Azərbaycan tərəddüd etmədən Orduya qoşular. Bu dəqiqə bəzi icra başçılarının şəxsi büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Son dövrlərdə həbs olunan başçıların timsalında biz bunu gördük. Yəni həm maddi, həm də fiziki baxımdan biz Ermənistanı məğlub edə biləcək gücdəyik”.
 

Məhəmməd Həsənov bildirib ki, Ermənistan “andiçmə mərasimi”ni Şuşada keçirməklə Azərbaycan tərəfində qıcıq yaratmaq istəyi güdür:


“Ermənistan sülh anlayışını dərk edə bilmir. Onlarla öz bildikləri dildə, müharibə dili ilə danışmaq lazımdır. “Andiçmə mərasimi”nin Şuşada keçirilməsi sadəcə təxribatdır, bunun başqa adı yoxdur. Onlar Azərbaycan Ordusunu bu yolla qıcıqlandırmağa çalışırlar. İstəyirlər ki, Azərbaycan Ordusu atəşkəsi pozsun, onlar da desin ki, bütün problemləri Azərbaycan başladır”. 

Ehtiram Əliyev təxribatın qarşısının alınması üçün tək yolun müharibə olduğunu söyləyib:


“Gənclərin, xanımların qarşısında başımız aşağıdır. Sabah, biri gün gənc nəsil bizdən Qarabağ hesabatı tələb edəcək. Təxribatın qarşısının alınması üçün tək yol müharibədir. Sülh yolu ilə, danışıqlarla erməni tərəfini yola gətirmək qeyri-mümkündür”.

Vahid Quliyev bəzi müsəlman ölkələrin mövcud vəziyyətə susmasından təəssüflənib:

“Danışıq şərtlərini, beynəlxalq qanunları pozmağa Ermənistan vərdiş edib. Bu gün Şuşada “andiçmə mərasimi”nin keçirilməsi əsirlərin dəyişdirilməməsi, işğal olunan torpaqların geri qaytarılmaması kimi separatçı hərkətlərdən biridir. Ermənistan açıq-aşkar bizə meydan oxuyur ki, “nə torpaqları qaytarıram, nə də danışığa gedirəm”. Ermənistan arxasında dayanan böyük qüvvələrə arxayın olaraq, bu separatçı hərəkətləri sistematik davam etdirir. Bu cür təxribatların qarşısını almaq üçün tək yolumuz Ordunu daha da gücləndirib torpaqlarımızı işğaldan azad etməkdir. Bu bizim haqqqımızdır, beynəlxalq qanunların yol verdiyi bir məsələdir ki, biz öz torpaqlarımızı düşmən tapdağından xilas edək. Çünki danışıqlar artıq 30 ildir davam edir və heç bir nəticə yoxdur. Bu da o deməkdir ki, həmsədr dövlətlər Ermənistana şərait yaradırlar ki, ermənilər o torpaqlarda möhkəmlənsin. Ermənistan da bilir ki, xristian dünyası onun arxasındadır, ona görə də əməllərindən əl çəkmir. Müsəlmanlar dövlətləri isə susub dayanıb. Bir neçə ölkə xaricində kimsə bizə dəstək göstərməyə qalxmır. Bütün müsəlman dövlətlər bir yerə yığılıb qanunun aliliyini ortaya qoymalıdır ki, işğal olunmuş torpaqlardan ermənilər çıxsınlar”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada bir gündə koronavirusdan 700-ə yaxın ölüm 29 Noyabr 2020, 01:04 Ağdamdakı dağıntılar nüvə silahından da pisdir - Prezidentin köməkçisi 29 Noyabr 2020, 00:55 “7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı 29 Noyabr 2020, 00:42 Üç azərbaycanlıya Avropa Voleybol Konfederasiyasında vəzifə verildi - FOTO 29 Noyabr 2020, 00:27 “Qarabağ” öz doğma şəhərinə qayıtdı 29 Noyabr 2020, 00:13 Xırdalanda PARTLAYIŞFOTO 29 Noyabr 2020, 00:00 Türkiyədə koronavirusla bağlı vəziyyət 28 Noyabr 2020, 23:51 Dəm qazı Şirvanda can aldı 28 Noyabr 2020, 23:37 Fransada onlarla polis yaralandı 28 Noyabr 2020, 23:25 “Mançester Siti”dən darmadağın 28 Noyabr 2020, 23:13 “İranın daha bir aliminə qarşı terror aktı törədiblər” - Zərifdən açıqlama 28 Noyabr 2020, 22:57 “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” - Hikmət Hacıyev 28 Noyabr 2020, 22:42 Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı 28 Noyabr 2020, 22:28 Həsən Həsənovun qardaşı vəfat etdi 28 Noyabr 2020, 22:12 “Associated Press”dən Gəncə reportajı - VİDEO 28 Noyabr 2020, 22:05 Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə qəbul edildi 28 Noyabr 2020, 21:54 Anar Bağırov koronavirusdan ölən vəkildən danışdı: “Son arzusu...” 28 Noyabr 2020, 21:40 Adını doğruldan qəhrəman şəhid 28 Noyabr 2020, 21:29 BDU-dan qovulan tələbə üzr istədi - VİDEO 28 Noyabr 2020, 21:17 Füzulidə “Toyota” 2 ədəd tank əleyhinə minaya düşüb - RƏSMİ - FOTO 28 Noyabr 2020, 21:03 Millimiz Avropa çempionatında bürünc medal qazandı 28 Noyabr 2020, 21:00 Şirvanda piyadanı maşın vurdu 28 Noyabr 2020, 20:51 “Atatürkün Naxçıvana verdiyi əhəmiyyət illər sonra səmərəsini verdi” - Spiker 28 Noyabr 2020, 20:39 “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - “France-24” Ağdam haqqında 28 Noyabr 2020, 20:26 “Liverpul” səfərdə xal itirdi 28 Noyabr 2020, 20:15 Xaçmazda ev yandı 28 Noyabr 2020, 20:02 Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 28 Noyabr 2020, 19:55 Biləsuvarda maşın su kanalına düşdü 28 Noyabr 2020, 19:53 Füzulidə minaya düşərək həlak olanlardan biri baş redaktordur 28 Noyabr 2020, 19:48 Minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayıblar 28 Noyabr 2020, 19:41 Hamını qorudu, amma özünü qoruya bilmədi 28 Noyabr 2020, 19:25 Kəlbəcərin Vəng kəndindən yeni görüntülər - Video 28 Noyabr 2020, 19:19 Tanınmış vəkil vəfat etdi 28 Noyabr 2020, 19:03 Şəhidimizin xanımından qələbə kompozisiyası: "Yenilməzsən, Azərbaycan!" -VİDEO 28 Noyabr 2020, 18:46 Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?