Modern.az

Gəncə şəhər xəstəxanasının həkimi koronavirusdan öldü

Gəncə şəhər xəstəxanasının həkimi koronavirusdan öldü

22 May 2020, 17:12

Bu gün koronavirusdan vəfat edənlərdən biri 1962-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Xəstəxanasının həkimdir.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Dediyinə görə, onun yan xəstəlikləri olub:

 

"30 apreldə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göstərilən cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb".

 

Qeyd edək ki, "qafqazinfo"nun məlumatına görə, vəfat edən həkim Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi