Arxiv
22 May 2020, 19:16 | DİASPOR
Fuad Muradov bu qurumların rəhbərləri ilə videomüzakirə aparıb - FOTO

Mayın 22-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə "Müxtəlif olsaq da – Birlikdə güclüyük!" mövzusunda videokonfrans təşkil edilib.

 

Modern.az xəbər verir ki, virtual tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici məsələlər üzrə müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Yakovleviç Şarovski, Avropa Yəhudiləri Bakı Dini İcmasının baş ravvini Sneor Seqal, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus İcması sədrinin müavini Lavrina Vitalyevna, Azərbaycanın Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, TİKA Azərbaycanın sədri Teoman Tiryaki, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Tatarıstan İctimai Birliyinin sədr müavini Emin Ramazanov, Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Popal Mohammad, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin sədri Jacob Metyu, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin katibi Mohd Aqueel, Pakistan Diasporunun nümayəndəsi Ahmed Ali Şah, "Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina, İctimai Birliyin sədr müavini Telman Şamiloviç, Rumınya Diasporunun nümayəndəsi Iosefina Blazsani-Batto, “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyinin rəhbəri Azər Əliyev, Dünya Axısqa Türkləri Birliyinin Azərbaycan təmsilçisi Məmməd Şamilov iştirak ediblər.

 

Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, hal-hazırda yerli xalqların nümayəndələrinə və millətlərə münasibətdən danışılıb, Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, etnik azlıqlara qarşılıqlı hörmətin və dini tolerantlıq mühitinin hökm sürdüyü vurğulanıb.

 

Qeyd olunub ki, müxtəlif xalqların sülh və sabitlik şəraitində yaşaması baxımından ölkəmiz nümunəyə çevrilib.

 

Videokonfransda müxtəlif dillərdə danışmağa imkan yaradılması da müsbət qiymətləndirilib, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd olunub.

 

İştirakçılar dövlətçilik tariximizə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müasir Azərbaycanın inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

 

Sonda tədbir iştirakçıları vətəndaş cəmiyyətinin azad və demokratik şəraitdə fəaliyyət göstərməsinə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə, eləcə də bu siyasətin həyata keçirilməsində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 Sumqayıtda dəhşətli qəza - 4 ölü, 1 yaralı - YENİLƏNİB 26 May 2020, 10:22 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01