Arxiv
24 May 2020, 12:30 | DÜNYA
Gürcüstandan Ermənistanın səhiyyə nazirinə daha bir cavab

Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyası xüsusi bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, sənəddə Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı son bəyanatlarına münasibət bildirilib.

 

Assosiasiya qeyd edib ki, Gürcüstandan Ermənistana daşınan yüklərin böyük əksəriyyəti tranzitdir: “Ermənistana daşınan məhsulların böyük hissəsini buğda təşkil edir. Yüklər “Lars” gömrük-keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olur. Biz, nəqliyyat vasitələrinin hərəkət sxemini çox yaxşı bilirik. 

 

Rusiyadan gələn buğda ilə yüklənmiş maşının sürücüsü Gürcüstan vasitəsilə tranzitlə keçir. Sürücünün qoruyucu vasitələri olan gömrük əməkdaşına sənədin təqdim edilməsi zamanı minimal və təhlükəsiz təması olur. Bundan sonra yük maşını Rusiya-Gürcüstan sərhədindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edir. Sürücüyə Gürcüstan ərazisini tərk etməyənə və Ermənistana keçməyənə qədər avtomobili tərk etməyə icazə verilmir”.

 

Bəyanatda qeyd olunub ki, əgər Ermənistanda Gürcüstandan daxil olan sürücülərdə virusun aşkarlanması ilə bağlı hər hansı bir ehtimal varsa, bu şübhə yalnız avtomobilin məhsul idxal etdiyi Rusiyaya aid ola bilər.

 

Assosiasiyadan bildirilib ki, bu gün Gürcüstandan Ermənistana məhsulların ixrac həcmi azdır: “Hesab edirik ki, bizim erməni həmkarlarımız da bunu təsdiqləyə bilərlər. Bu gün Ermənistan yalnız buğda idxal etmək üçün ildə 25 minə yaxın tranzit reysi həyata keçirir. Nəticələrə görə məsuliyyəti Rusiya və Ermənistan daşıyır. Buna görə də bu marşrut və onunla bağlı risklər ermənilərin öz seçimidir”.

 

Təşkilat Ermənistana alternativ marşrutdan istifadə etməyi təklif edib: “Əgər erməni dostlarımız, rəsmi və ya qeyri-rəsmi şəxslər yüklərin Gürcüstan üzərindən daşınmasını Ermənistan tərəfi üçün riskli hesab edirlərsə, onların ən təhlükəsiz alternativ marşrutdan istifadə etmək imkanları var. Bu marşruta gəmi ilə yük daşınması daxildir. Heyət gəmini heç bir halda tərk etmir, daha sonra yük dəmir yolu vasitəsilə Ermənistana daşınır”.

 

Qeyd edək ki, A.Torosyan bəyanatında Gürcüstandan Ermənistana gələn vətəndaşlar, o cümlədən, yük maşınlarının sürücülərində koronavirusun aşkarlandığını qeyd edib. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40