Modern.az

Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi

Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi

24 May 2020, 22:58

ABŞ koronavirus pandemiyası səbəbilə iyunun 10-u Vaşinqtonda keçiriləcək G7 sammitinin vaxtını dəyişib.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib ki, sammit iyun ayının sonunda keçiriləcək. Onun sözlərinə görə, ABŞ rəhbərliyi ölkənin koronavirusun ən pik həddinə yaxın olduğunu və ya artıq pik həddində olduğuna ümid edir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, bütün tərəflər sammitin keçirilməsində maraqlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu