Modern.az

Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır

Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır

Parlament

26 May 2020, 16:50

Azərbaycan Respublikası Milli Məclisinin deputatının köməkçisinin maaşı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı “Report”a Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova açıqlama verib.

 

Şöbə müdiri bildirib ki, deputat köməkçiləri ayda 1 200 manat maaş alırlar.

 

Modern.az-ın məlumatına görə, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

 

Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub:

 

1. Baş nazir

2460 manat

2. Baş nazirin birinci müavini

2160 manat

3. Baş nazirin müavini

2060 manat

4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi

1925 manat

5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri

1595 manat

6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

1375 manat

7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

1280 manat

8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini

1155 manat

 
Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:

Bakı şəhəri

1925 manat

Gəncə və Sumqayıt şəhərləri

1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

 

əhalisinin sayı 100 min nəfərdən çox olduqda

1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda

990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda

880 manat.”.

 

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!