Modern.az

Bolqarıstan turistləri COVİD-19 arayışı və karantinsiz qəbul edəcək

Bolqarıstan turistləri COVİD-19 arayışı və karantinsiz qəbul edəcək

Aktual

29 May 2020, 15:15

Bolqarıstan hökuməti müxtəlif ölkələrdən gələn turistləri məhdudiyyətsiz qəbul etməyə hazır olduğunu bəyan edib. Bu haqda məlumatı Rusiyanın Turoperatorlar Assosiasiyası yayıb.  

Modern.az xəbər verir ki, səyahətçilər bu ölkəyə gələrkən onlardan koronovirus testlərinin nəticələri tələb olunmayacaq, həmçinin onlar  ikihəftəlik karantində qalmayacaqlar. Turistlərin  ölkədəki yoluxma vəziyyəti ilə tanış olması və qoyulan şərtlərlə razılaşması bəs edəcək. Əgər turistlərdə COVİD-19 aşkarlanarsa, onlar sığortalarına uyğun və ya öz hesablarına müalicə alacaqlar.  

Bundan bir az əvvəl Bolqarıstanın Turizm naziri Nikolina Angelkova iyunun 15-dən ölkəyə çarter reyslərinin bərpa oluna biləcəyini demişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!