Modern.az

Daha bir ölkədə maska taxmaq məcburi oldu

Daha bir ölkədə maska taxmaq məcburi oldu

Aktual

30 May 2020, 21:46

Pakistanda ictimai yerlərdə maska taxmaq məcburi oldu.

Modern.az xəbər verir ki, bunu ölkənin baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Zəfər Mirzə deyib.

Z.Mirzə bildirib: "Koronavirusa yeni yoluxma hallarının sayının hər gün artması nəzərə alınaraq, artıq maska taxmaq məcburi oldu".

Onun sözlərinə görə, insanlar qatarlarda, ictimai nəqliyyatda, məscidlərdə, bazarlarda və mağazalarda maska taxmalıdırlar.

Qeyd edək ki, Pakistanda 66 457 koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxanlardan 1 395 nəfər ölüb, 24 131 nəfər isə sağalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir