Modern.az

\"Qarabağ\" məşqləri bərpa etdi

\

1 İyun 2020, 21:16

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.

Modern.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Xatırladaq ki, "Qarabağ"da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi