Modern.az

“Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat

“Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat

2 İyun 2020, 11:21

“Torpaqlarla bağlı yeni qanun layihəsinin yaradılmasını təklif edirəm. Bununla da torpaqları kəndliyə qaytara bilərik. Torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə bu məsələləri yoluna qoymaq olar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında çıxış edən deputat Razi Nurullayev deyib. O bildirib ki, deputatı olduğu rayonda insanlar örüşlərə heyvanları aparmaq üçün torpaq tapmır:

 

“Bilirik ki, kənd yerində insanlar heyvandarlıqla məşğul olur. Ancaq İmişlidə heyvanları otarmaq üçün örüşlər yoxdur. Adam var adına 100, 200 hektar torpaq payı var. Yaxşı, istifadəsiz torpaqlar kimə məxsusdur?! Böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur. Bəs kəndli necə dolansın?! Bu məsələləri yoluna qoymaq lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır