Modern.az

İnsanlar koronavirusa niyə inanmırlar? - Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra...”

İnsanlar koronavirusa niyə inanmırlar? - Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra...”

2 İyun 2020, 13:40

Baxmayaraq ki, koronavirus (COVID-19) pandemiyası bütün dünyanı öz cənginə alıb, amma hələ də insanlarımız arasında mövcud virusa inanmayanlar var. İnamsızlıq bir yana, bəziləri iddia edir ki, səhiyyə işçiləri insanlara pul təklif edib yoluxması barədə razılıq istəyir. Yaxud da ölən şəxsə koronavirus diaqnozu yalandan qoyulur.

 

Maraqlıdır, cəmiyyət arasında bu cür fikirlərin dolaşmasına səbəb nədir? İnsanları koronavirusa necə inandırmaq olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev virusa yoluxan ağır xəstələrin videolarının cəmiyyət arasında geniş şəkildə yayılmalı olduğunu bildirib:

 

“İnsanlar tarixən belə olublar. Yəni eşitdiklərindən çox gördüklərinə inanıblar. Baxmayaraq ki, mütəxəsisslər, Ümumdünya Səhiyyə Təşkilatı müəyyən tövsiyələr edir, amma  yenə də insanlarımız mövcud xəstəliyə inamsız yanaşırlar. Xəstə sayı artdıqca, bəzilərinin tanışı, qohumu virusa yoluxduqca artıq inam yaranmağa başlayır. Xəstəxanalarda COVID-19-a yoluxan ağır xəstələrin videosunu çəkib onları danışdırıb insanlara nümayiş etditrmək lazımdır. Düşünürəm ki, bu cür görüntülər inam yarada bilər. Yoxsa ki, millətin yarısı virusa yoluxduqdan sonra insanların xəstəliyə inanmağının heç bir faydası olmayacaq”.

 

Həkim deyir ki, pul təklifi ilə virusa yoluxma halının qeydə alınması gülünc məsələdir:

 

“İnsanlara pul verib onları koronavirus xəstəsi kimi qeydə almaq, yaxud ölənlərin yaxınlarına pul təklif edib ölən şəxsin COVID-19-dan vəfat etdiyinin iddia edilməsi həqiqətən gülünc məsələdir. Virusla mübarizə aparan həkimlərin o qədər pulu hardadır ki, insanlara da maaşlarından kəsib hansısa təklif etsinlər. Həqiqətən bu fərziyələr gülüncdür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər