Modern.az

İş adamı Sumqayıta 1 milyon maska göndərdi - FOTO

İş adamı Sumqayıta 1 milyon maska göndərdi - FOTO

Aktual

2 İyun 2020, 16:20

Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila 1 milyon tibbi maska göndərib.

 

Modern.az xəbər verir ki, isveçrəli iş adamı Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

 

Humanitar yardım Sumqayıt şəhər bir saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından İsveçrəli iş adamı Abdulla Şatilaya minətdarlıq ifadə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir