Arxiv
2 İyun 2020, 17:32 | AKTUAL
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də Bakının Qaradağ rayonunda açılış mərasimi olan “Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksə, əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.

 

Modern.az xəbər verir ki, koronavirus infeksiyasının qlobal pandemiya kimi bütün dünyanı sarsıtdığı, hər yerdə iqtisadi böhrana səbəb olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının uğurla davam etdirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümüdür. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini də daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Son illərdə məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşası daha da genişləndirilib. Bu il yeddi mindən çox məcburi köçkün ailəsinin yeni mənzilə köçürülməsi nəzərdə tutulur.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu ilə bağlı məsələlərə xüsusi həssaslıq göstərir, bu məsələlərin oprerativ həll edilməsi üçün tapşırıqlar verir, icrasını daim nəzarətdə saxlayır.

 

Ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu park-3” də həmin komplekslərdən biridir.

 

Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün iyunun 2-də Yasamal Rayon Bələdiyyəsinin inzibati binasında püşkatma keçirilib. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 100-dən çox məcburi köçkün püşkatmada iştirak edib. Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil  edilib. Məcburi köçkünlərə binanın qarşısında qoyulumuş monitorda püşkatmanın gedişinin videogörüntüsünü izləmək imkanı yaradılıb. 

 

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən mənzillərin dəqiq ünvanını müəyyənləşdiriblər. 

 

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Özəl sektor tərəfindən inşa olunan “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. “Qobu Park-3” yaşayış kompleksindəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan yeni itkilərini ETİRAF ETDİ 13 İyul 2020, 16:30 Leysan yağışlar Daşkəsənə ciddi ziyan vurdu - VİDEO 13 İyul 2020, 16:25 Müdafiə Nazirliyi Qaraqaya yüksəkliyi ilə bağlı məlumat yaydı 13 İyul 2020, 16:20 Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.   13 İyul 2020, 16:15 Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” 13 İyul 2020, 16:09 Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi 13 İyul 2020, 16:05 Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43