Modern.az

2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd və sosial yardım verilib

2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd və sosial yardım verilib

Aktual

3 İyun 2020, 11:21

Ötən ilin müvafiq dövrünə nisbətən bu istiqamətlər üzrə 24,8% faiz çox vəsait ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinfən Modern.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib:

 

"Həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib. 83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib. May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub. Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü