Modern.az

“Marneulidə iki azərbaycanlı koronavirusa yoluxub” – Azər Süleymanov

“Marneulidə iki azərbaycanlı koronavirusa yoluxub” – Azər Süleymanov

Aktual

3 İyun 2020, 11:46

Mövcud pandemiya qonşu ölkə Gürcüstandan da yan keçmədi. Belə ki, KOVİD-19-a Gürcüstanda indiyədək 796 nəfər yoluxub ki, onlardan 13-ü bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.

Azərbaycanlıların daimi yaşayış eləcə də təhsil üçün müraciət etdiyi bu ölkədə vətəndaşlarımızın vəziyyəti necədir? Onların arasında da yoluxma halları qeydə alınır?

Məsələ ilə bağlı Modern.az-a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov indiyədək cəmi iki azərbaycanlının koronavirusa yoluxduğunu bildiri:

“Gürcüstanda bildiyiniz kimi hələ də karantindir. Karantinin sonlandırılmasını istəyənlər olsa da bu hələ ki, mümkün deyil. Belə getsə, karantin müddəti daha da uzadıla bilər. İqtisadi böhran Gürcüstana çox pis təsir etdi. Çünki buranın iqtisadiyyatı Azərbaycana baxanda çox zəifdir. Bu baxımdan camaat pandemiyadan çox işsizlikdən və maddi baxımdan əziyyət çəkdi.

Vətəndaşlarımızla bağlı isə onu deyə bilərəm ki, belə fikir yaratmışdılar ki, guya COVİD-19 Çindən yox, Gürcüstanın Marneuli rayonundakı azərbaycanlılardan bütün dünyaya yayılıb. Bizim ünvanımıza müxtəlif təhqir və söyüşlər oldu. Bu təxribatın qarşısının alınması üçün məhkəmə də oldu, cinayət işi açıldı. İddia edilirdi ki, Marneulidə iki nəfər azərbaycanlı virusa yoluxub və bütün Gürcüstana, hətta digər ölkələrə belə pandemiya bizdən yayılıb. Mən virusa yoluxan hər iki azərbaycanlı ilə əlaqə saxlayıb görüşmüşəm. Hazırda vəziyyətləri yaxşıdır. Başqa yoluxma halları isə müşahidə olunmayıb”.

 

Deputat Gürcüstanda yaşayan vətəndaşlarımıza Azərbaycan tərəfindən maddi dəstək göstərildiyini də vurğulayıb:

“Mən Gürcüstanda yaşayan bütün azərbaycanlılar adından prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Belə çətin vaxtda burda yaşayan azərbaycanlılar diqqətdən kənar qalmadı. Demək olar ki, vətəndaşlarımızın çox yaşadığı bölgələrin hamısında onlara ərzaq yardımı verildi”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü