Modern.az

Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ

Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ

Aktual

3 İyun 2020, 19:17

"Hazırda biz başlanmış pandemiyanın ikinci mərhələsindəyik".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

O deyib ki, yumşalmaya mərhələli şəkildə gedildi:

 

"Əldə edilmiş əks-epidemik nəaliyyətlər bizdə bu qərarları verməyə inam yaradırdı. Xüsusilə vətəndaşlarımızın prezidentimizin "Biz birlikdə güclüyük" çağırışına qoşulması bizdə buna inamı gücləndirdi".

 

R.Bayramlı qeyd edib ki, pandmeiyanın ikinci mərhələsindən normal həyatımıza birdən-birə dönəcəyimizi düşünməməliyik:

 

"Çünki virusun konkret vaksini yoxdur. Biz bu rejimdən tədricən çıxmalı və qaydalara əməl etməliyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır