Arxiv
4 İyun 2020, 12:36 | QARABAĞ
Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə köklənmək olmaz”

Azərbaycandakı bəzi müxalif partiyalar Qarabağ məsələsi naminə siyasi fəaliyyətdən imtina etməyi məqbul saymırlar. Hətta Modern.az-a bu problemin siyasi partiyalara aid olmadığını deyən funksionerlər də oldu.

Bəs parlamentdə təmsil olunan partiyalar hansı fikirdədir?


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
Modern.az-a deyib ki, siyasi partiyaları Qarabağ məsələsinin həllində dövlətə dəstək verməlidir:

 

“Partiyaların cəmiyyətdə parlamentdaxili və parlamentdənkənar funksional fəaliyyəti var. Qarabağ məsələsi də çoxsaylı problemlərin içərisindədir. Sadəcə,  Qarabağ məsələsində partiyalar dövlətə dəstək verməli, müəyyən dərəcədə ordunun güclənməsinə çalışan bir siyasət həyata keçirməlidir. Amma bütün məsələləri kənara qoyub sırf Qarabağ probleminə köklənmək olmaz. Çünki biz bilmirik axı bu məsələ nə zaman həllini tapacaq. Koronavriusu anlayırıq ki, 3-5 ay davam edib bitəcək, amma Qarabağ probleminin həlli məsələsi hələ qarşıdakı bir neçə ildə də aktual olaraq qalacaq. Partiyalar vicdanlı mövqe tutub prezidentin atdığı addımlara öz təklif və tövsiyələrini verib, kömək etməlidirlər”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı siyasi partiyaların Qarabağ problemi ilə bağlı iqtidardan fərqli hər hansı mövqe ortaya qoymasını lüzumsuz hesab edir:

“Siyasi partiyaların sırf Qarabağ məsələsi ilə məşğul olması lazımı effekti verə bilməz. Qarabağın işğaldan azad olunması üçün ölkədə intensiv iş aparılır. Düzdür, mən bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin işini müsbət qiymətləndirmirəm və nazirliyə mənfi münasibətim var. Amma bütövlükdə ölkə prezidenti və onun xarici məsələlər üzrə şöbə müdiri Hikmət Haciyevin həyata kerçirdiyi işlər təqdirəlayiqdir. Prezident vaxtaşırı olaraq yaranmış situasiyaya uyğun mövqeyini ortaya qoyur. Belə durumda siyasi partiyalar nə edə bilər? Onların təklif erdiyi planlar, müzakirə etdiyi məsələlər ölkə prezidentinin ortaya qoyduğu plandan nə ilə fərqlənə bilər? Yəni məsələ aktiv fazaya daxal olarsa, siyasi partiyalar da dövlətçilik mövqeyində dayanaraq, fəaliyyətini ölkə rəhbərinin yürütdüyü siyasətə uyğun aktivləşdirə bilər. Çünki işğal olunmuş torpaqlar məsələsində müxalifət və iqtidar söhbəti ola bilməz. Bu məsələnin həllində hamılıqla bir olmalıyıq”.

 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əsas istiqamətlənməli olunacaq məsələnin Qarabağ problemi olmadığını deyir:

 

“Siyasi partiyalar insanları maraqlandıran bütün məsələlərlə məşğul olmalı, öz təkliflərini ictimai müzakirələr təşkil edərək irəli sürməlidirlər. Təbii ki, Qarabağ problemi xalqı narahat edən problemlər içərisində əsas müzakirə mövzusudur. Amma digər problemlərin həllindən də yan keçmək olmaz. Yəni əsas istiqamətlənməli olacağımız məsələ Qarabağ problemi yox, xalqı narahat edən bütün problemlər olmalıdır”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Son sutkada Qırğızıstanda koronavirusa 719 nəfər yoluxub 12 İyul 2020, 11:44 “Azərbaycana qayıtmaqla bağlı müraciətləri Operativ Qərargaha göndəririk” – Səfir Tural Rzayev 12 İyul 2020, 11:34 "Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19