Modern.az

Ronaldu ilk milyarder futbolçu oldu

Ronaldu ilk milyarder futbolçu oldu

Dünya

5 İyun 2020, 17:08

“Yuventus” və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu milyarderə çevrilib.

Modern.az xəbər verir ki, “Forbes”in məlumatına görə, 35 yaşlı hücumçu sərvəti 1 milyard dolları keçən ilk futbolçudur.

Kriştianu belə göstərici əldə etmiş üçüncü idmançıdır. Ona qədər milyarder tituluna amerikalı qolfçu Tayger Vuds və ABŞ-lı məğlubedilməz boksçu Floyd Meyvezer çatıb.

Ronaldu əmək haqqı olaraq 650 milyon dollar alıb. Qalan 350 milyonu isə o, sponsor müqavilələrindən əldə edib. Son ildə isə Kriştianu 105 milyon dollar qazanıb.

Beləliklə, futbolçu 2020-ci ilin ən varlı məşhurları siyahısında dördüncü yerdə qərarlaşıb.

           

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır