Modern.az

Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi

Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi

6 İyun 2020, 15:07

Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri effektiv fəaliyyət göstərir.



Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Artıq ölkə yeni mərhələyə qədəm qoyub ki, bu dövrdə hər bir vəzifə daşıyan şəxsin üzərində böyük məsuliyyət var. Dövlət başçısı dəfələrlə bildirib ki, vəzifə daşıyan hər bir şəxs daşıdığı vəzifənin məsuliyyətini anlamalı və xalqın xidmətçisi olmalıdır.


Təbii ki, bu sözlər seçkili orqanlara, o cümlədən bələdiyyələrə də aiddir.


“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”


Yardımlı rayon Şəfəq bələdiyyəsinin sədri Əli Əliyevin fəaliyyəti bu baxımdan nümunəvidir. Belə ki, bu il yanvarın 17-də baş tutan seçkilərdə qalib gələn və bələdiyyə sədri seçilən Əli Əliyev qısa zaman kəsiyində effektiv fəaliyyət göstərib. Xüsusilə abadlıq, quruculuq işlərini daim diqqətdə saxlayan yeni bələdiyyə sədri ilk dəfə olaraq kəndin mərkəzinə bulaq çəkdirib.



Bundan başqa kənddə, çay kənarında yerləşən və kənd sakinləri tərəfindən daim isitifadə olunan bulağın ətrafı tikilib, üstü bağlanaraq əhalinin rahatlığı təmin olunub. Xatırladaq ki, bulaq çayın kənarında yerləşdiyi üçün dəfələrlə sel nəticəsində dağılıb və indiyə qədər baxımsız vəziyyətdə olub. Bundan başqa kənddə ictimai ayaqyolu problemi həll edilib. Bələdiyyə tərəfindən ictimai ayaqyolu tikilərək istifadəyə verilib. Xüsusilə qış aylarında problemə çevrilən kəndarası yollar təmir edilib, əhalinin rahat gediş-gəlişi üçün şərait yaradılıb, məişət tullantılarının bir mərkəzdə toplanması üçün çuxurlar qazılıb.



Şəfəq kənd bələdiyyəsi pandemiya dövründə də sınaqdan üzüağ çıxıb. Bələdiyyə sədri Əli Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ehtiyacı olan ailələrə yardım paylanıb.


Təsadüfi deyil ki, kənd sakinləri yeni bələdiyyə sədrinin fəaliyyətini təqdir edirlər: “Yeni bələdiyyə sədri Əli müəllim kəndimizdə ilklərə imza atdı. Görülən işlərdən razıyıq və bu ümidvericidir.


“Yeni bələdiyyə sədri kəndimizdə ilklərə imza atdı”


Onun kəndimizin mərkəzinə bulaq çəkdirməsi nəyə desən dəyər. Özünüz də görürüsünüz ki, bulaq əhalinin, qonaqların istifadəsi ilə yanaşı kəndimizi daha da gözəlləşdirib. Bu cür kadrların iş başında olması çox vacibdir, biz, növbəti seçkidə də Əli müəllimi dəstəkləyəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir