Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ

Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ

Qarabağ

6 İyun 2020, 16:32

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına 3-cü yolun tikintisi barədə anons verildi.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdakı qondarma rejimin yeni rəhbəri Araik Arutunyan Qubadlı rayonu ərazisinə gələrək, burada taxıl yığımı prosesinə baxış keçirib. 

 

O, Arazboyu ərazilərin məskunlaşdırılması və Ermənistanla Qarabağın inteqrasiya prosesinin sürətləndirilməsi üçün Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə Zəngəzurun Xınzırək kəndini birləşdirəcək yolun tikiləcəyini anons edib.

 

Uzunluğu 90 kilometrə yaxın olacaq Xınzırək-Hadrut yolu Azərbaycanın Qubadlı və Zəngilan, Ermənistanın isə Gorus rayonunu ərazilərindən keçəcək. Yolun 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir