Arxiv
7 İyun 2020, 10:46 | ÖLKƏ
Rza İbadov Bakıya niyə qayıda bilmir? - SƏBƏB

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gələ bilmir.

 

Bu barədə Modern.az-ın əməkdaşı ilə söhbət zamanı danışan Rza İbadov koronavirus pandemiyası səbəbindən gələ bilmədiyini söyləyib.

 

Rza İbadov Azərbaycan vətəndaşlarına da səslənib:

 

“Xahiş edirəm, koronavirusun ciddi bir xəstəlik olduğunu qəbul edin.  İngiltərədə 40 mindən çox insan ölüb. Təsəvvür edin, dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərindən biri  (NHS) burada, İngiltərədədir. İyunun 5-də  1600-dən çox adam yoluxub, 357 insan həyatını itirib. Təbii ki, dünya insanları vaksinin tapılmasını səbirsizliklə gözləyir. Vaksinin ilin sonuna kimi hazırlanması ilə bağlı iddialar da var”.

 

Rza İbadov Londonda yaşasa da, Azərbaycanda baş verənləri izlədiyini də etiraf edib:

 

“2020-ci ildə Azərbaycanın həyatında ən əlamətdar hadisələrdən biri olan növbədənkənar parlament seçkiləri keçirildi. İlk dəfə olaraq Azərbaycan parlaemtində  maraqlı hadisə baş verdi. Deputat Sahibə Qafarova sədr seçildi. Təbii ki, Azərbaycan parlamentində xanım sədrin seçilməsi çox mütərəqqi addımdır. Bu hər kəs tərəfindən bəyənilir. Eyni zamanda, Azərbaycanda xanım spikerin seçilməsi dünya ölkələrinin parlamentləri ilə daha yaxşı əməkdaşlığın qurulmasına,  xoş məramın mövcudluğuna gətirib çıxaracaq”.

 

Eks-deputat parlamentdə təmsil olunan gənclərdən gözləntilər barədə də söz açıb:

 

“6-cı çağırış Milli Məclisdə gənclər üstünlük təşkil edir. Bu çox yaxşı haldır. Gənclərin parlamentdə çoxluq təşkil etməsini alqışlayıram. Ancaq bir məsələ həmişə aktualdır. Onlardan hər bir azərbaycanlının gözləntiləri yüksəkdir. Hətta cənab prezident İlham Əliyev də parlamentin yeni tərkibi ilə görüşəndə bir məqamı xüsusi vurğulamışdı. Beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil etsinlər. Hesab edirəm ki, hər bir parlament üzvü istər Azərbaycanın daxili, istərsə də xarici siyasətində Dağlıq Qarabağ məsələsi ilə bağlı aktivlik  nümayiş etdirməlidirlər.  Hələ ki, COVİD-19 səbəbindən dünyada dövlətlərarası gediş-gəliş  bağlıdır. Ümid edirəm ki, yaxın illərdə bu aktivliyin şahidi olacağıq”.

 

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 30 Sentyabr 2020, 00:54 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 30 Sentyabr 2020, 00:43 UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30