Arxiv
8 İyun 2020, 18:44 | TƏHSİL
Təhsil naziri  tələbələrin təhsilhaqqı ilə bağlı rektorlara tapşırıq verdi

İyunun 8-də Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda, canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir.

 

Qeyd edilib ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması,  onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.

 

Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.

 

Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12 Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2020, 16:09