Modern.az

Abşeronun deputatı rayonda vəzifəli şəxslərin həbsini TƏSDİQLƏDİ

Abşeronun deputatı rayonda vəzifəli şəxslərin həbsini TƏSDİQLƏDİ

Ölkə

23 İyun 2020, 13:34

“Hazırda Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları öz işini davam etdirir. Müavinlərin, rəhbər şəxslərin həbsi, yaxud da İcra Hakimiyyətinin binasında hansısa əməliyyatların aparılması barədə söhbət gerçək deyil”.


Bu barədə Modern.az-a 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib.

Deputat Abşeron ərazisində əməliyyatların aparıldığını təsdiqləyib:



“Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi baş tutub. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair daha ətraflı məlumat Baş prokurorluq tərəfindən ictimaiyyətə bildiriləcək. Ancaq Abşeron rayon İcra Hakimiyyətinin binasında hər hansı axtarış aparılmayıb”.


Qeyd edək ki, dünən Abşeron Rayon İcra Hakimiyyətinin binasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirildiyi və icra başçısının müavinlərinin həbs olunduğu barədə məlumatlar yayılıb.
İcra Hakimiyyəti isə yayılan xəbərləri təkzib edib.


Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb: "Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır