Modern.az

AzTV-nin 50 əməkdaşı koronavirusa yoluxub? - Telekanaldan AÇIQLAMA

AzTV-nin 50 əməkdaşı koronavirusa yoluxub? - Telekanaldan AÇIQLAMA

Media

25 İyun 2020, 15:00

Azərbaycan Televiziyası (AzTV) 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Bu barədə Modern.az-a danışan AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva informasiyaların heç bir əsası olmadığını deyib:

 

“Biz də bu xəbərləri oxuduq, 50-dən çox əməkdaşımızda koronavirusa yoluxması barədə yanlış xəbərlərin yayılması üzücüdür. Hətta telekanalın sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı da yalan xəbərlər yayılıb. Bu xəbərlərin heç bir əsası yoxdur".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır