Modern.az

Magistraturaya boş qalan yerlərin sayı açıqlandı

Magistraturaya boş qalan yerlərin sayı açıqlandı

27 İyun 2020, 17:37

2020/2021-ci tədris ili üçün keçirilən magistraturaya qəbul imtahanlarında iştirak etmiş 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.

 

Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri (11.62 %) boş qalıb.

 

Boş qalan plan yerlərinin aqibəti haqqında Modern.az-a danışan Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, boş qalan plan yerlərinə əvvəlki illərdə olduğu kimi əlavə yerləşdirmə aparılacaq:

 

“İndi qəbul olunanlar iyulun 6-dan 15-dək qeydiyyatdan keçəcəklər. Daha sonra isə boş qalan plan yerləri üzrə yenidən ixtisaslaşma seçimi aparılacaq. Tarixləri elan edəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu