Modern.az

Paytaxtın koronavirus mənzərəsi RƏQƏMLƏRDƏ-FOTO

Paytaxtın koronavirus mənzərəsi RƏQƏMLƏRDƏ-FOTO

Ölkə

28 İyun 2020, 10:28

Bakı şəhərində koronavirusa yoluxma halları artsa da, paytaxt üzrə ilk üçlükdəki rayonlar dəyişməyib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 52 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 53,4 faiz təşkil edir.

 

Hazırda Bakı şəhəri üzrə ən çox yoluxma halları üzrə Binəqədi, Yasamal və Xətai rayonlarındadır.

 

Belə ki, paytaxt üzrə yoluxanların 12,9 faizi Binəqədi, 12,6 faizi Yasamal, 11,9 faizi isə Xətai, 11,8 faizi isə Sabunçu, 10,7 faizi Nəsimi, 9 faizi Suraxanı, 8,6 faizi Nərimanov, 8,1 faizi Nizami, 5,5 faizi Qaradağ, 4,5 faizi Səbail, 4,1 faizi Xəzər,  0,3 faizi Piralladı rayonlarının payına düşür.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır