Arxiv
3 İyul 2020, 13:12 | AKTUAL
Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib - FOTO

İyulun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.

 

Modern.az xəbər verir ki, reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını,  avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib. 

 

Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov  respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

 

Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər. 

 

Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb. 

 

Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İntizam komissiyası Eldəniz Səlimova görə toplaşdı 2 Avqust 2021, 11:56 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36 Narkotik satan daha bir dəstə saxlanıldı 2 Avqust 2021, 10:30 Toylarla bağlı sorğunun nəticələri AÇIQLANDI 2 Avqust 2021, 10:24 Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir" 2 Avqust 2021, 10:22 Ana südünün FAYDALARI 2 Avqust 2021, 10:18 Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək 2 Avqust 2021, 10:12 Naxçıvan yenə atəşə tutuldu   2 Avqust 2021, 10:06 Bakıda 8 yeni müntəzəm marşrut xətti yaradılıb 2 Avqust 2021, 10:00 50 toy mərasimində karantin qaydaları pozuldu 2 Avqust 2021, 09:56 Jirinovski: Keçmişi bərbaddır, gələcəyi isə yoxdur... 2 Avqust 2021, 09:52 “Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır” 2 Avqust 2021, 09:46 BANM məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub 2 Avqust 2021, 09:40 Neftin qiyməti ucuzlaşdı 2 Avqust 2021, 09:35 Koreyada 200-ə yaxın azərbaycanlı yaşayır  2 Avqust 2021, 09:34 İki gündə 5263 nəfər toya BURAXILMADI 2 Avqust 2021, 09:28 Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü 2 Avqust 2021, 09:22