Modern.az

Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir

Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir

Aktual

3 İyul 2020, 17:21

Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı digər ölkələrlə müqayisədə aşağıdır. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, hazırda Azərbaycanda ölüm 2 faiz təşkil edir:

"Digər ölkələrdə ölüm faizi 13, 14, 15 faiz təşkil edir. Əgər biz karantin rejimini tətbiq etməsəydik, yoluxma halları 2-3 qat daha çox olacaqdı. Biz karantin rejimilə yoluxanların sayının stabilləşdirilməsinə nail olmuşuq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı