Modern.az

icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ

icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ

Aktual

3 İyul 2020, 17:39

5 iyuladək icazə sistemilə bağlı 66 minə yaxın dövlət və özəl təşkilatlar tərəfindən 700 min əməkdaş üçün icazə alınıb.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev qeyd edib ki, araşdırmalarda qeyri-qanuni istifadə də müəyyən edilib. Onun sözlərinə görə, araşdırmalardan sonra 85 min icazə avtomatik ləğv edilib. O həmçinin deyib ki, 5 iyuldan bugünədək verilən icazələr ləğv olunacaq:

"Yenidən işə çıxacaq əməkdaşların adı portala daxil edilməlidir. Sui-istifadəyə yol verənlər tərəfindən müvafiq təbdirlər görüləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı