Arxiv
9 İyul 2020, 09:32 | İQTİSADİYYAT
Azərbaycanda neft hasilatı 1 milyon ton AZALIB

“2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib”.

 

Bu barədə Modern.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirlib ki, birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.  


2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 6,3 milyard kubmetri AÇG-dən, 9,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub.


Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 milyard kubmetr qaz nəql olunub.


2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 milyard kubmetr qaz nəql edilib.


Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 512,6 milyon ton, “Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib


Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 171,2 milyard kubmetr, “Şahdəniz”dən isə 126,3 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 milyard kubmetr qaz ixraca nəql edilib.


Ölkədə neft emalı isə 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeyib-içmək məclisinin fotolarını sosial şəbəkədə paylaşanlar cərimələndi 13 Avqust 2020, 10:50 “Lotu Quli”nin adamları həbs olundu - FOTO 13 Avqust 2020, 10:44 Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40