Modern.az

Messidən daha bir tarixi rekord

Messidən daha bir tarixi rekord

11 İyul 2020, 23:19

"Barselona"nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

Modern.az xəbər verir ki, argentinalı superulduz La Liqanın XXXVI turunda "Valyadolid"lə səfər qarşılaşmasında bunu bacarıb.

Hazırda davam edən görüşün 15-ci dəqiqəsində Arturo Vidalın vurduğu qolun məhsuldar ötürməsini verən 33 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə çatdırıb. Onun aktivində həmçinin 22 qol var. Bununla Messi La Liqa tarixində bir mövsümdə 20 qol və 20 assist həddinə çatan ilk futbolçu olub.

Qeyd edək ki, hazırda davam edən "Valyadolid" - "Barselona" qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi