Arxiv
13 İyul 2020, 13:49 | AKTUAL
YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI

Yeni Azərbaycan Partiyası Tovuz istiqamətində sərhəd zonasında erməni təxribatı ilə əlaqədar bəyanat yayıb.

 

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

“İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat bütün Azərbaycan xalqı kimi Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin dərin hiddətinə səbəb olub. Təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. İyul ayının 12-də Tovuz istiqamətində sərhəd xəttində qısamüddətli döyüşlər bunun daha bir əyani nümunəsi oldu. Düşmən tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı.

 

Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında  istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası olaraq qəhrəman Ordumuzla qürur duyduğumuzu, daim onunla bir olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan  torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanını yerdə qoymayacağına dərindən inanırıq.

 

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39