Modern.az

Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU

Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU

Ölkə

14 İyul 2020, 13:15

“Hazırda Tovuz istiqamətində döyüşlər davam edir. Son döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. Bu onu göstərir ki, bizim genarallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər".


Modern.az
xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.


"Əfsuslar olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid ailələrinə səbr diləyir, Allah rəhmət eləsin deyirik. Şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq", - nazir müavini deyib.


K.Vəliyev vurğulayıb ki, son iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib:

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir