Modern.az

Dünya Bankı Azərbaycanı digər ölkələrə nümunə göstərdi

Dünya Bankı Azərbaycanı digər ölkələrə nümunə göstərdi

14 İyul 2020, 14:00

Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatı dərc olunub.

 

Modern.az xəbər verir ki,  hesabatın əhatə etdiyi Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycan təcrübəsinə (case study) istinad edilib.

Belə ki, hesabatın üç bölməsində - “Dövlət siyasəti proseslərinin gücləndirilməsi”, “Xidmətin çatdırılmasının idarə edilməsi” və “Siyasətin səmərəliliyinin artırılması drayverləri və amilləri” hissələrində Azərbaycan təcrübəsi geniş təhlil edilib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə strateji yol xəritələri qəbul edilib, islahatların effektiv idarəedilməsi mexanizmi qurulub, ölkə dalbadal dünyanın ən islahatçı dövlətləri sırasına yüksəlib və Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovative həlləri tətbiq etməklə “nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb.

 

Hesabatda Azərbaycandakı məhkəmə-hüquq islahatlarına da yer ayrılıb. Bildirilib ki, məhkəmələrdə yaradılan elektron sistem səmərəliliyə nəzarət, e-qərar və e-siyasət mexanizmlərinin inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və sadələşdirə bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!