Modern.az

Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi

Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi

Mədəni̇yyət

14 İyul 2020, 20:22

Bu gün  Qusar-Quba yolunda  xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, sürücü Bakı şəhər sakini Aynurə Surinin və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın  təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı