Modern.az

Milli Məclisin sədri parlamentin inzibati binasına dəyən ziyanla tanış olub - FOTOLAR 

Milli Məclisin sədri parlamentin inzibati binasına dəyən ziyanla tanış olub - FOTOLAR 

15 İyul 2020, 16:14

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev ötən gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.

 

Bildirib ki, vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olub və bəzi dağıntılar törədib. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.

 

“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova dərhal yaranmış vəziyyətlə yerində tanış olub və yaranmış vəziyyətdə fəsadların aradan qaldırılması üçün tapşırıq verib”.

 

Modern.az fotoları təqdim edir:

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi